Cari ilin 1 may tarixinə Azərbaycanın bank sektorunun aktivləri 57 milyard 356 milyon manat təşkil edib.
Redaksiya-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin 1 may tarixi ilə müqayisədə 2 milyard 749 milyon manat və ya 5% çoxdur.
Məlumata əsasən, fəaliyyət göstərən bankların ümumi öhdəlikləri 49 milyard 695 milyon manat, balans kapitalı isə 7 milyard 660 milyon manat təşkil edib. Aprel ayında ümumi öhdəliklər 4,3%, balans kapitalı isə 9,7% artıb.
2026-cı il 30 aprel tarixinə olan vəziyyətə görə, fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, bankomatların sayı isə 3 498 olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


