AZ

Hər ailədə ikinci uşağa 200 manat… – AÇIQLAMA

““Uşaqpulu” ilə bağlı müəyyən formul tapılmalıdır. Biz bunu illər öncə təklif etmişdik. Ölkədə 0-18 yaş arası 2,6 milyona yaxın uşaq var. Bu uşaqların üçdə biri ailədə ikinci uşaqdır. Yəni birinci uşağı onsuz da ailə özü planlaşdıra bilər, lakin ikinci uşağın doğuşu üçün daha yüksək məbləğdə vəsait verilməlidir. Məsələn, təklif etmişdik ki, 150-200 manat verilsin. 900 min uşaqdır, bu, bir il ərzində büdcəyə o qədər də böyük yük gətirməz”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, növbəti mərhələdə artıq ikinci və sonrakı uşağa da əlavə vəsaitlərin ödənilməsi nəzərdə tutula bilər: “Bunun üçün proqram hazırlanmalıdır. Azərbaycan büdcəsinin buna gücü çatar. Hökumət isə deyir ki, onların hamısına “uşaqpulu”nun verilməsinə, bu keçidin birdən-birə həyata keçirilməsinə büdcə vəsaiti çatmır, büdcə kəsiri yarana bilər. Bunu normal şəkildə planlaşdırıb, addım-addım həyata keçirmək lazımdır”.

Seçilən
13
2
konkret.az

3Mənbələr