AZ

Qarabağda iki mədəniyyətin görüşü

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan-Yaponiya Dostluq Mərkəzi və Qarabağ Təlim Mərkəzinin birgə təşəbbüsü ilə “Azərbaycan-Yaponiya Aikido və Mədəni Mübadilə Layihəsi 2026” həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Hafta.az-a bildirilib ki, layihə çərçivəsində Yaponiyadan dəvət olunan aikido ustası Cuniçi Qomita Sensei, diaspor fəalı və Tanabe Şəhər Bələdiyyəsinin Beynəlxalq Mübadilə Mərkəzinin mədəniyyət məsələləri üzrə koordinatoru Minarə Şükürova, Azərbaycandan olan aikidoçular, Azərbaycan Mugenryu Kobudo İdman Klubu İctimai Birliyinin sədri Bəxtiyar Zeynalov, eləcə də beynəlxalq xoreoqraf-baletmeyster Lalə Aslanova Qarabağa səfər ediblər. Səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Şuşa səfəri zamanı aikido məşqlərindən və Azərbaycan milli rəqs elementlərinin sintezindən ibarət xüsusi proqram nümayiş olunub. İştirakçıların böyük marağı ilə qarşılanan proqram Azərbaycan və Yaponiya mədəniyyətləri arasında dostluq, qarşılıqlı anlaşma və mədəni harmoniyaya töhfə kimi qiymətləndirilib.

Bununla yanaşı, Qarabağ Təlim Mərkəzində “Gündoğar Odlar Yurdu” adlı tədbir təşkil edilib. Tədbirdə iki ölkə arasında mədəni əlaqələrin inkişafı, idman və incəsənət vasitəsilə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səfər çərçivəsində qonaqlar, həmçinin Şuşa və Xankəndi şəhərləri ilə tanış olub, Qarabağda aparılan bərpa və inkişaf prosesi, eləcə də bölgənin zəngin tarixi-mədəni irsi barədə məlumatlandırılıblar. Eyni zamanda, Xocalı Memorial Kompleksini də ziyarət ediblər.

Bu cür layihələr Azərbaycan və Yaponiya arasında mədəni əlaqələrin genişləndirilməsi, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də beynəlxalq mədəni dialoqun təşviq edilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir.

Seçilən
3
2
hafta.az

3Mənbələr