AZ

Bakıdan Tbilisiyə getmək üçün bu sənədlər TƏLƏB OLUNUR

Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərin nəzərinə!

Qatara minik üçün biletlə yanaşı aşağıdakı sənədlərin təqdim olunması mütləqdir:

- Ümumvətəndaş pasportunun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil) Pepperoni pizza

- Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası

- 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet

- Bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi

Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın.

Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək.


Telegram kanalımız
Seçilən
38
9
yenisabah.az

10Mənbələr