AZ

Tramp razılaşdıq deyir, Tehran isə ... Açıqlamalar

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton və Tehran xəttində regional və qlobal təhlükəsizliyə birbaşa təsir edəcək hərəkətlilik yaşanır. ABŞ rəsmilərinin İranla yeni sazişin astanasında olduqlarına dair mesajlarına Tehrandan fərqli reaksiya gəlib.

"AzPolitika" xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai ABŞ ilə mümkün anlaşma memorandumu çərçivəsində bir çox mövzular ətrafında müəyyən nəticələrə gəlindiyini təsdiqləsə də, rəsmi Tehranın saziş imzalamağa yaxın olduğu iddialarını təkzib edib.

Baqai qeyd edib ki, İran hazırda nüvə məsələlərini deyil, yalnız müharibənin başa çatması ətrafındakı mövzuları müzakirə edir. O, həmçinin ABŞ rəsmilərinin tez-tez dəyişən mövqelərinin istənilən razılaşma prosesinə ciddi maneələr yaratdığını vurğulayıb.

Eyni zamanda, Nyu-Delidə jurnalistlərə açıqlama verən ABŞ Dövlət katibi Marko Rubio mövcud durumu bu cür ifadə edib: "ABŞ İranla ya yaxşı bir saziş əldə edəcək, ya da bu ölkə ilə 'başqa cür' rəftar edəcək. Biz 'alternativ variantlara' müraciət etməzdən əvvəl diplomatiyaya uğur qazanması üçün bütün mümkün şansları tanıyacağıq".

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp verdiyi bəyanatda İranla müharibəyə son qoyulması barədə sazişin "böyük ölçüdə razılaşdırıldığını" və hazırda yalnız son detalların müzakirə olunduğunu iddia etmişdi.

Lakin proses göründüyü qədər asan irəliləmir. "Reuters" agentliyinin iranlı diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqtonun müqavilənin imzalanması üçün irəli sürdüyü ən əsas tələb zənginləşdirilmiş uranın İrandan çıxarılmasıdır. Tehran isə bu şərtlə razılaşmır və hazırda tərəflər arasında bu strateji məsələdə müəyyən fikir ayrılığı qalmaqdadır.

Rasim

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
azpolitika.info

1Mənbələr