AZ

İrandan Hörmüz boğazı ilə bağlı açıqlama: Keçidlər ödənişsiz olacaq

İrandan
İran Xarici İşlər Nazirliyinin sözçüsü Hörmüz boğazı ilə bağlı mümkün razılaşma barədə açıqlama verib. 1news.az Reuters-ə istinadən xəbər verir ki, sözçü boğazın idarəçiliyinin tam şəkildə bölgəyə sahili olan ölkələrin məsuliyyətində olduğunu bildirib. O, boğazdan keçən gəmilərdən hər hansı ödəniş alınacağı barədə iddiaları qətiyyətlə təkzib edib.
İran rəsmisi qeyd edib ki, boğazda göstərilən müəyyən xidmətlər təbii olaraq müəyyən xərclər yarada bilər. Lakin bu ödənişlərin “keçid haqqı” kimi qiymətləndirilməsinin düzgün olmadığı vurğulanıb. Sözçü həmçinin ABŞ ilə davam edən danışıqlara da toxunaraq bildirib ki, bir sıra məsələlər üzrə ümumi çərçivə formalaşdırılsa da, yaxın vaxtlarda yekun razılaşmanın əldə olunacağı gözlənilmir.

Açıqlamada əlavə olunub ki, mümkün razılaşma Livan da daxil olmaqla bölgədə davam edən silahlı qarşıdurmaların dayandırılmasını da əhatə edə bilər.

Seçilən
11
1news.az

1Mənbələr