AZ

“Nyu York Nayks” azarkeşləri həlledici oyun üçüm 280 min dollara yaxın pul ödəməli olublar

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-nin “Nyu-York Nayks” basketbol klubunun azarkeşləri 1999-cu ildən sonra ilk dəfə NBA finalını canlı izləmək imkanı əldə ediblər.

İdman.Biz xəbər verir ki, bu səbəbdən həlledici oyunların biletlərinin qiyməti rekord həddə çatıb.

Belə ki, “StubHub” platformasında final oyunu üçün meydançaya ən yaxın iki yer 279 804 dollara(təxminən 474 min manat) satılıb.

Bu isə “Madison Square Garden” arenasında keçiriləcək mümkün final qarşılaşmasına böyük marağın göstəricisi sayılır.

“Nyu-York Nayks” basketbol klubu sonuncu dəfə 1973-cü ildə NBA çempionu olub. Klub tarixində iki çempionluq qazanıb - 1970 və 1973-cü illərdə. Məhz uzun illər davam edən titul həsrəti azarkeşlərin marağını daha da artırıb.“Nyu-York Nayks” həlledici görüşdə “Klivlend Kavalers” ilə qarşılaşacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
icma.az

1Mənbələr