525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Azərbaycanda sahibkarlığın inkişafının iqtisadi mexanizmləri” monoqrafiyası çap olunub Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsinin əməkdaşlarının “Azərbaycanda sahibkarlığın inkişafının iqtisadi mexanizmləri” adlı kollektiv monoqrafiyası nəşr edilib.
525.az xəbər verir ki, kitabın müəllifləri iqtisad elmləri doktoru (i.e.d.), professorlar Tərbiz Əliyev, Qəzənfər Süleymanov, iqtisad üzrə fəlsəfə doktoru (i.f.d.), dosentlər Mahir Zeynalov, Əbdül-Səməd Həsənov, Ramil Əliyev, elmi işçilər Sevda Mahmudova, Minarə Ağayeva və Sidiqə Balamiyevadır.
İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı əsasında çap edilən kitabın elmi redaktorları i.e.d., professor Tərbiz Əliyev və i.f.d., dosent Mahir Zeynalov, rəyçiləri i.e.d., dosent Allahyar Muradov və i.f.d., dosent Rahim Sadıqovdur.
Monoqrafiya İqtisadiyyat İnstitutunun “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsində 2024-2025-ci illərdə “Azərbaycanda biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafının iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda aparılmış elmi tədqiqatlar əsasında yazılmışdır.
Monoqrafiyada Azərbaycanda sahibkarlığın inkişafının əsas xüsusiyyətləri, iqtisadi mexanizmləri, qeyri-neft sektorunda sahibkarlıq fəaliyyəti, maliyyə-vergi tənzimlənməsi, sahibkarlıq subyektlərinin məqsədli maliyyələşdirmə alətləri, işğaldan azad olunmuş ərazilərdə yeni iqtisadiyyat quruculuğu və biznesin inkişafı məsələləri təhlil olunmuşdur. Emal sənayesində fərdi sahibkarlıq fəaliyyətinin müasir vəziyyəti təhlil edilməklə yanaşı təkmilləşdirilməsi istiqamətləri verilmişdir. Azərbaycanda startaplar, startap ekosistemi və bu sahədəki beynəlxalq təcrübə tədqiq olunmuşdur. Ölkəmizdə qadın sahibkarlığının inkişaf meyilləri və əsas xüsusiyyətləri təhlil edilmişdir. Sonda tədqiqatın nəticələrini özündə ehtiva edən yekun təkliflər və tövsiyələr öz əksini tapmışdır.
Monoqrafiya elmi işçilər, tədqiqatçılar, magistrlər, doktorantlar, iqtisadi siyasət məsələləri ilə məşğul olanlar üçün nəzərdə tutulmuşdur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.