AZ

Rusiyada məktəblərdə yay tətili qısaldılır?

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə görə, Rusiyada uzun yay məktəb tətilləri imtina dilməməli bir ənənədir.

Publika.az xəbər verir ki, sabiq prezident “RİA Novosti”nin məktəblilərin bu qədər uzun yay tətilinə ehtiyacı olub-olmadığı ilə bağlı sualına cavab olaraq bildirib ki, bu, imtina edilməməli bir ənənədir. O, "məşhur məktəb deyimini" xatırladıb:

"Zəng müəllim üçün çalınır. Tətillər müəllimlər üçün vacibdir, yeni tədris ilinə hazırlaşmaq və lövhə qarşısında möhkəm dayanmaq üçün.

Uşaqlar yay aylarında valideynləri ilə birlikdə dincəlmək üçün vaxt ayırmalıdırlar. Onların asudə vaxtlarını müxtəlif, aktiv və maarifləndirici etmək vacibdir”.

Medvedev bildirib ki, buna nail olmaq üçün Rusiyanın hər bir bölgəsində xüsusi proqramlar həyata keçirilir.

Seçilən
9
publika.az

1Mənbələr