Keçmişə nəzər salsaq görərik ki, Rusiyada tarixiən saray çevrilişləri çox olub. İndi bunun baş verib-verməyəcəyini demək çətindir. Amma işsizlərin, yoxsulların sayı artdıqca təhlükə də artır. Kütlənin gücünü və edə biləcəyini hesablamaq olmur. Normal cəmiyyətlərdə kütlənin gücü nəzərə alınır. Bütün bu problemləri həll etmək əvəzinə Rusiyanın hədəfi Cənubi Qafqazdır, Türküstandır, digər ərazilərdir. İmpreiya iddiaları, dünyada ağalıq etmək istəkləri bu ölkənin süqutunu sürətləndirəcək.
Nəhayət ki,bu gün Ermənistanda meydan sulayan və Azərbaycana barmaq silkələyən Xocalı qatilləri Robert Koçaryanın, Serj Sarkisyanın Seyran Ohanyanın və digərlərinin ədalət məhkəməsinə çıxarılması üzərində düşünməliyik. Yalnız düşünməməliyik, həm ciddi addımlar atmalıyıq.
Cənubi Qafqazda davamlı sabitlik, inkişaf, rifah üçün starteji hədəflər var. Bu, sülh müqaviləsindən başlayır. Münasibətlər elə tənzimlənməlidir ki, gələcək nəsillər hər hansı münaqişə elementi, erməni iddiaları, xarici güc mərkəzlərinin yarada biləcəyi asılılıq siyasəti ilə üzləşməsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31