Bu gün saat 23.10-da Bakı-Tbilisi marşrutu üzrə qatar yola düşəcək.
"Cebheinfo.az" xəbər verir ki, qatara minik üçün biletlə yanaşı aşağıdakı sənədlərin təqdim olunması mütləqdir:
- Pasportun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil)
- Bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi
Sərnişinlər qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmamalıdır.