AZ

Xameneyi elə bir yerdə gizlədilib ki...

ABŞ kəşfiyyatının məlumatıns görə, İranın Ali Lideri Müctəba Xameneyi faktiki olaraq açıqlanmayan bir yerdə gizlənir və xarici dünyaya məhdud çıxışı var, “Cebheinfo.az”  xəbər verir ki, bu barədə “CBS News” məlumatlı ABŞ rəsmilərinə istinadən yazıb.

Onların məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə əməkdaşlıq etmək səlahiyyəti olan İran rəsmiləri öz hökumətləri daxilində ünsiyyətdə çətinlik çəkirlər. 

"Bu, İranla müqavilənin və keçmiş müqavilələrin təfərrüatlarının yavaş-yavaş ortaya çıxmasının əsas səbəbidir", - deyə onlar qeyd ediblər.

Həmçinin qeyd olunur ki, hətta İran hökumətinin ən yüksək səviyyələrindəki rəsmilər də Müctəba Xameneyinin harada olduğunu bilmir və onunla birbaşa əlaqə saxlamırlar.

İki rəsmi kanala bildirib ki, ABŞ təklif olunan detalları göndərdikdə, Ali Rəhbərlə əlaqə qurmaqda çətinliklər cavab almaqda uzun gecikmələrə səbəb olur".

Seçilən
13
cebheinfo.az

1Mənbələr