AZ

Sürücülərə şad XƏBƏR- Bakıda minib-düşmə yerləri YARADILDI

Ajans.az xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Belə ki, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qarşısında “3.28” - “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yeri təşkil olunub. Eyni zamanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Bundan əlavə, Mərdanov qardaşları küçəsi, Respublika Pediatriya Mərkəzinin və Kliniki Tibbi Mərkəzin qarşılarında “3.28” - “durmaq qadağandır” nişanları quraşdırılaraq minib-düşmə yerləri təşkil edilib.

Seçilən
8
21
Ajans.az

10Mənbələr