AZ

London Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatlarına töhfə verməyə hazırdır

Qahirə, 25 may, AZƏRTAC

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatlarına töhfə verməyə hazır olduğunu açıqlayıb.

AZƏRTAC “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bununla əlaqədar Böyük Britaniyanın silahlı qüvvələr naziri Fransa ilə koordinasiya şəraitində boğazın təhlükəsizliyinin təmin olunmasına yönəlmiş mümkün beynəlxalq əməliyyata hazırlaşan “Lime” gəmisinə baş çəkib. Bildirilir ki, Vaşinqton və Tehran arasında sülh razılaşması əldə olunacağı təqdirdə yüzlərlə britaniyalı dənizçi tapşırıqların icrasına başlamaq üçün əmr gözləyir.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
12
2
azertag.az

3Mənbələr