AZ

Ortaq məxrəcə gələ bilmədilər, təklifi geri çevirdi

Cennaro Qattuzo məşqçiliyə qayıtmaq üçün tələsmir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya millisindən ayrıldıqdan sonra çalışdırıcının adı “Torino” ilə hallansa da, tərəflər arasında razılıq əldə olunmayıb.

Klub rəhbərliyi may ayının əvvəlində mütəxəssislə danışıqlar aparıb, lakin tərəflər şərtlərdə ortaq məxrəcə gələ bilmədiyindən, məşqçi təklifi geri çevirib.

Qattuzo aprelin əvvəlində İtaliya millisinin baş məşqçisi postundan ayrılıb. Buna səbəb dünya çempionatının pley-off finalında Bosniya və Herseqovina yığmasına məğlubiyyət (1:1, penalti 1:4) olub.

“Torino” bu mövsüm A Seriyasını 12-ci pillədə başa vurub. Komanda son turda “Yuventus”la derbi görüşündə 2:2 hesablı heç-heçə edib.

Seçilən
15
sportinfo.az

1Mənbələr