AZ

Publisist Zeynəb Bəhmənlinin imza günü KEÇİRİLDİ - FOTO

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının dördüncü günündə Bizim.Media-nın masasında yazar Azərbaycan Yazıçılar və Jurnalistlər İttifaqının üzvü, şairə-publisist, Prezident təqaüdçüsü Zeynəb Bəhmənlinin oxucularla görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, yazarın 13 kitabı işıq üzü görüb.
 

MÖVZU İLƏ BAĞLI:

Gülnarə İsrafilin kitabları oxucular tərəfindən maraqla qarşılandı – FOTO


Onların üçü nəşr, onu isə nəzmlə yazılmış əsərlərdən ibarətdir.

Şairin 70-ə yaxın şeirinə məşhur bəstəkarlar musiqilər bəstələyib.

Onun sayca 11-ci "Yuxuma gəl, şəhid balam" adlı kitabı şəhid Allahverdiyev Rafiq Gülüş oğlu haqqında yazılıb.

Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media

Seçilən
29
27
bizim.media

10Mənbələr