AZ

“Seçki öncəsi Ermənistanda siyasi qarşıdurma dərinləşir” ŞƏRH

ain.az bildirir, Gununsesi portalına istinadən.

“Ermənistanda seçki yaxınlaşdıqca iştirakçı tərəflər arasında münasibətlər daha da kəskinləşir. Rusiya Ermənistanda yenidən öz köpəyini hakimiyyətə gətirmək istəyir”.

Gununsesi.info xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:

“Ötən seçkidə, 2021-ci ilin iyun ayında keçirilmiş parlament seçkisində oxşar ssenarilər ortada olub. Amma o zaman  Robert Koçaryanın təmsil olunduğu partiya uğur qazana bilmədi. Müşahidələr göstərir ki, bu dəfə Rusiya öz köpəklərini hakimiyyətə gətirmək üçün ölüm-dirim savaşına çıxıb. Moskvanın bütün bu ssenarilərinin necə baş tutacağını demək çətindir.

Amma, lakin Rusiya  yaratdığı  sosial-iqtisadi çətinliklərə, slavyan qardaşı ukraynalılara qarşı  apardığı  qəddar müharibəyə və digər ölkələri təhdid obyektinə çevirdiyinə görə, öz içərisindən dağılmaqdadır.

Keçmişə nəzər salsaq  görərik ki, Rusiyada tarixiən saray çevrilişləri çox olub. İndi bunun baş verib-verməyəcəyini demək  çətindir. Amma işsizlərin, yoxsulların sayı artdıqca təhlükə də artır. Kütlənin gücünü və edə biləcəyini hesablamaq olmur. Normal cəmiyyətlərdə kütlənin gücü nəzərə alınır.  Bütün bu problemləri həll etmək əvəzinə Rusiyanın hədəfi Cənubi Qafqazdır, Türküstandır,  digər ərazilərdir.  İmpreiya iddiaları, dünyada ağalıq etmək istəkləri bu ölkənin süqutunu sürətləndirəcək.

Nəhayət ki,bu gün Ermənistanda meydan sulayan və  Azərbaycana barmaq silkələyən Xocalı qatilləri  Robert Koçaryanın, Serj Sarkisyanın Seyran Ohanyanın və digərlərinin ədalət məhkəməsinə çıxarılması üzərində düşünməliyik. Yalnız düşünməməliyik, həm ciddi addımlar atmalıyıq.

Cənubi Qafqazda   davamlı sabitlik, inkişaf, rifah üçün starteji hədəflər var. Bu, sülh müqaviləsindən başlayır. Münasibətlər elə tənzimlənməlidir ki, gələcək nəsillər hər hansı münaqişə elementi, erməni iddiaları, xarici güc mərkəzlərinin yarada biləcəyi asılılıq siyasəti ilə üzləşməsin”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
3
icma.az

4Mənbələr