Millət vəkili Günay Ağamalının “uşaqpulu” ilə bağlı səsləndirdiyi fikirlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Sosial şəbəkələrdə davam edən debatlar isə deputatların daha çox xalqın sosial gözləntilərini, yoxsa dövlət qurumlarının mövqeyini ifadə etməsi məsələsini gündəmə gətirib.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, bu məsələlərdə şəxslərə fokuslanmağın tərəfdarı deyil.
T.Abbaslı ayrı-ayrı şəxslərin söylədiyinə deyil, dövlətin, hakimiyyətin, qanunverici, icraedici orqanların yanaşmasına diqqət edilməlidir: “Dövlət hər zaman çalışmalıdır ki, sosial yönümlü, xalq yönümlü siyasət yürütsün. Bütün qanunvericilik aktları, həmçinin icraatlar bu istiqamətdə olmalıdır. Vətəndaş mərkəzli siyasət yürüdülməlidir. Vətəndaşın rifahının yüksəldilməmərkəzli addımlar, çıxış yolları təklif olunmalıdır. Biz baxsaq, uzun illərdir iqtidar və ya hakimiyyətin mövqeyi necədir? Vətəndaş mərkəzlidir, yoxsa müdafiə mərkəzlidirmi? Hamımız bilirik ki, YAP hakimiyyətinin siyasəti vətəndaş mərkəzli deyil. Daha çox özünü qoruma, öz maraqlarını müdafiə etmək mərkəzlidir. Ona görə də müxtəlif və bu səpkidə çıxışlar olur. Qanunları vətəndaşların rifahının yaxşılaşdırılmasını nəzərə alaraq qəbul etmək lazımdır, bizdə isə təəssüf ki, belə deyil”.
Şəhanə Quliyeva