AZ

Komanda sayının artırılması qol statistikasına da müsbət təsir göstərib

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasında 2024/2025 mövsümü məhsuldarlıq baxımından əvvəlki çempionatla müqayisədə daha uğurlu alınıb. Sport24.az-ın məlumatına görə, komanda sayının artırılması qol statistikasına da müsbət təsir göstərib.Belə ki, ötən mövsüm 10 komandanın iştirak etdiyi çempionatda 180 oyunda 432 qol vurulub. Bu isə orta hesabla hər matçda 2,4 qol demək idi.Ötən gün başa çatan mövsümdə isə Premyer Liqada 12 komanda mübarizə aparıb. Keçirilən 198 qarşılaşmada ümumilikdə 513 qol qeydə alınıb. Bununla da orta məhsuldarlıq 2,59 qola yüksəlib.Statistik göstəricilərdən görünür ki, yalnız ümumi qol sayı deyil, oyun başına məhsuldarlıq da artıb. Cari mövsümdə azarkeşlər daha açıq və bolqollu qarşılaşmalar izləyiblər. Xüsusilə orta və aşağı pillələrdə qərarlaşan komandaların hücum futboluna üstünlük verməsi məhsuldarlığın artmasında əsas amillərdən biri hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
sport24.az

1Mənbələr