AZ

Qəfil vəfat edən 22 yaşlı gənc tanınmış ailədən imiş



Dünən paytaxtın Suraxanı rayonunda 22 yaşlı Leysan Qədimov səhhətində yaranan qəfil ağırlaşma səbəbindən dünyasını dəyişib. Məlumata görə, o tanınmış nəslin nümayəndəsi imiş.

Medicina.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Sədərək rayonundan olan Qədimbəyli ailəsinin övladıdır.

Leysanın ölümü ilə bağlı paylaşım edən əmisi oğlu, tanınmış rejissor Eltən Qədimbəyli (Törəçi) onun rəssam olduğunu, ən böyük arzusunun şəxsi emalatxana yaratmaq olduğunu deyib.

Bildirilib ki, Leysanın atası Mikayıl Qədimov “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli ilə əmioğludur. M.Qədimov daha əvvəl Yusif Qədimbəylinin müşaviri vəzifəsində çalışıb.

Onların əmisi qızı İlhamə Qədimova isə kənd təsərrüfatı nazirinin müavinidir.


Seçilən
4
7
medicina.az

10Mənbələr