Bruno Fernandes İngiltərə Premyer Liqasında tarixə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted”in yarımmüdafiəçisi son turda “Brayton” üzərində 3:0 hesablı qələbədə mövsümdəki 21-ci məhsuldar ötürməsini edib.
Bununla da portuqaliyalı futbolçu bir Premyer Liqa mövsümündə 21 assistə çatan ilk oyunçu olub. Əvvəlki rekord 20 assistlə Anri və Kevin De Bruyneyə məxsus idi.
“Mançester Yunayted” mövsümü 71 xalla 3-cü pillədə başa vurub.