AZ

Medvedevdən Paşinyana sərt ultimatum: “Ermənistan Ukraynanın yolu ilə gedir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistan rəhbərliyinin ünvanına bir sıra sərt bəyanatlar səsləndirib.

Bizimyol.info xəbər verir ki, o, “RIA Novosti” agentliyinə açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moskva ilə münasibətləri qoparmaq kursu götürüb və xəbərdarlıq edib ki, bu siyasət ölkə üçün ağır iqtisadi nəticələr doğuracaq. Bununla yanaşı, Medvedev vurğulayıb ki, Rusiyanın strateji tərəfdaşı həmişə erməni xalqı olub və olaraq qalır.

Təhlükəsizlik Şurası sədrinin müavini Ermənistan baş nazirini “müəyyən dövrdə təsadüfən hakimiyyət zirvəsinə yüksəlmiş avantürist” adlandırıb. O bildirib ki, Paşinyanı Ermənistan üçün “sülhün təminatçısı” hesab etmir. Medvedevin sözlərinə görə, Moskva üçün erməni xalqı hər zaman strateji müttəfiq olub, “istənilən erməni rəhbəri yox”.

Medvedev Paşinyanla ilk görüşünü də xatırladıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri həmin vaxt “Siz məni heç vaxt qəbul etməyəcəksiniz, mən sizin üçün yad adamam” deyib. Medvedev isə cavabında bildirib ki, Moskva üçün “özgə və ya yaxın anlayışı yoxdur”, lakin hər şey aparılan siyasətdən asılı olacaq. O qeyd edib ki, Paşinyan bu sözlərdən nəticə çıxarmayıb və Rusiyanın göstərdiyi “qardaşlıq yardımı və dəstəyinin çoxsaylı nümunələrini qiymətləndirməyib”.

Dmitri Medvedev vurğulayıb ki, “Nikol Paşinyan adlı biri Rusiya ilə münasibətləri qırmaq kursu götürüb və bunu açıq etiraf etmək lazımdır”. Onun fikrincə, Ermənistanın baş naziri “müxtəlif siyasi axınlar arasında manevr edərək Qərbdə süni nüfuz qazanmağa çalışır və bunun naminə Rusiya ilə əlaqələri riskə atır”.

Medvedev bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvlükdən ən çox fayda əldə edən ölkələrdən biridir, lakin hazırda bu münasibətlər birbaşa təhlükə altına düşüb. Onun sözlərinə görə, Paşinyan “faktiki olaraq KTMT ilə əlaqələri qırıb, halbuki məhz KTMT çərçivəsində Rusiya Ermənistanı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müdafiə etməyə həmişə hazır olub”. O həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyi Avrasiya İqtisadi İttifaqının sammitlərində iştirakdan imtina edir və “Yerevanda Rusiyanın iyrənc düşmənlərini toplayır”.

Medvedevin fikrincə, Paşinyanın ölkəni “Banderaçı Ukraynanın faciəli yoluna sürükləmək” istəyi xüsusi təhlükə yaradır. O hesab edir ki, bu siyasi seçim birbaşa iqtisadi nəticələrə səbəb olacaq.

Rusiyalı siyasətçi xəbərdarlıq edib ki, bu kursdan “bütün Ermənistan xalqı uduzacaq; ölkə Rusiya bazarını, bütün Avrasiya İqtisadi İttifaqını və onilliklər ərzində qurulmuş iqtisadi əlaqələri itirəcək”. Onun sözlərinə görə, münasibətlər qırılarsa, Yerevan Rusiyadan qazı Avropa qiymətləri ilə almağa məcbur qala bilər və bu tariflər hazırkı qiymətlərdən təxminən üç dəfə bahadır.

“Görünür, o bizi sadəlövh hesab edir. Halbuki özü vəziyyəti ciddi şəkildə yanlış qiymətləndirib və ölkəsi üçün son dərəcə təhlükəli siyasət yürüdür”, – deyə Medvedev bildirib.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Moskvanın ikitərəfli münasibətləri normallaşdırmağa hazır olduğunu da vurğulayıb.

“Biz Ermənistan və onun xalqı ilə qarşılıqlı faydalı əməkdaşlığı və bərabərhüquqlu münasibətləri inkişaf etdirməyə hazırıq. Lakin bunun üçün müttəfiqimizdə Rusiya ilə dostluq etmək istəyən konstruktiv rəhbərlik formalaşmalıdır”, – deyə o bildirib.

Medvedev əlavə edib ki, Ermənistanın gələcək yol seçimi sonda erməni xalqının qərarından asılı olacaq.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
50
icma.az

10Mənbələr