AZ

Azəri Star Mikromaliyyə BOKT MMC — sürətli böyümə, güclü kapital, parlaq perspektiv

2025-ci ilin yekunlarına əsasən Azəri Star Mikromaliyyə BOKT MMC-nin ümumi aktivləri 1 milyon 103 min 225 manata çatıb. Bu göstərici 2024-cü ilin sonundakı 354 min 810 manatla müqayisədə bir il ərzində 3 dəfədən çox artım deməkdir ki, bu da mikromaliyyə sektorunda diqqətçəkən nəticələrdən hesab olunur.

Şirkətin aktivlərinin əsas hissəsini kredit portfeli təşkil edir. Verilmiş kreditlərin həcmi 712 min 567 manata yüksələrək əvvəlki ilin 318 min 303 manat göstəricisini 2 dəfədən çox üstələyib. Bu dinamika kreditləşmə fəaliyyətinin sürətlə genişləndiyini və şirkətin bazar payını ardıcıl şəkildə artırdığını göstərir.

Likvidlik göstəricilərində də ciddi irəliləyiş müşahidə olunur. Pul və pul vəsaitlərinin ekvivalentləri 308 min 220 manata çataraq 2024-cü illə müqayisədə təxminən 10 dəfə artıb. Bu isə şirkətin maliyyə dayanıqlığını və öhdəliklərini yerinə yetirmə qabiliyyətini nümayiş etdirir.

2025-ci ildə faiz gəlirləri 54 min 594 manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 18% artım deməkdir. Digər gəlir mənbələri üzrə əldə olunan 23 min 437 manat əlavə gəlirlə birlikdə ümumi gəlirlər 78 min 31 manata yüksəlib. Beləliklə, şirkətin gəlir bazası bir il ərzində 68% genişlənib.

Kapital göstəriciləri isə xüsusilə diqqət çəkir. Nizamnamə kapitalı 1 milyon 434 min 990 manata çatdırılıb və bu göstərici əvvəlki illə müqayisədə 3,5 dəfədən çox artım deməkdir. Bu artım səhmdarların şirkətin uzunmüddətli inkişaf strategiyasına olan yüksək etimadını əks etdirir. Kapital ehtiyatlarının 363 min 580 manat səviyyəsində saxlanılması isə risklərə qarşı əlavə maliyyə dayanıqlığı yaradır.

Xərclər strukturunda əsas pay inzibati və əməliyyat xərclərinə məxsus olub. Xüsusilə əməkhaqqı xərclərinin əhəmiyyətli şəkildə artması yeni mütəxəssislərin cəlb edilməsi, komandanın genişləndirilməsi və insan kapitalına yönəlmiş investisiyalarla bağlıdır. Bu istiqamətdə qoyulan sərmayə şirkətin yalnız maliyyə baxımından deyil, institusional və peşəkar potensial baxımından da sürətlə inkişaf etdiyini göstərir.

Şirkət hazırda aktiv genişlənmə mərhələsində olduğundan 2025-ci maliyyə ili 53 min 121 manat xalis zərərlə başa çatıb. Bununla belə, güclü kapital bazası fonunda bu göstərici idarəolunan səviyyədə qiymətləndirilir. Üstəlik, aktivlərin bir neçə dəfə artdığı, komandanın böyüdüyü və infrastruktur yatırımlarının həyata keçirildiyi bir dövrdə zərərin məhdud səviyyədə qalması xərc idarəetməsinin effektivliyindən xəbər verir.

Möhkəm kapital bazası, sürətlə böyüyən kredit portfeli, genişlənən gəlir mənbələri və güclənən insan kapitalı ilə Azəri Star Mikromaliyyə BOKT MMC Azərbaycan mikromaliyyə sektorunun ən dinamik iştirakçılarından birinə çevrilmək istiqamətində inamla irəliləyir.

 

Seçilən
20
banker.az

1Mənbələr