AZ

Psixiatrdan ciddi xəbərdarlıq: Sosial şəbəkələr insanı məhv edir

Sosial şəbəkələr insan psixikasına son dərəcə mənfi təsir göstərərək onun özünəyetərliyini demək olar ki, məhv edir və total sosial təcridə sürükləyir.

Publika.az xəbər verir ki, bunu rusiyalı psixiatr Aleksandr Fedoroviç bildirib.

Həkimin sözlərinə görə, sosial şəbəkələrin insan üçün heç bir müsbət tərəfi yoxdur və burada yayılan məzmunun səviyyəsi əksər hallarda “fəlakət” həddindədir.

“Sosial şəbəkələr mütləq şərdir. Bu ideyanın xeyrinə xidmət edə biləcək bir arqument görmürəm. Əksinə, onlar insanın psixi vəziyyətinə ciddi zərbə vurur”, - deyə psixiatr vurğulayıb.

O qeyd edib ki, sosial şəbəkələr insanlarda özünüifadə, özünəyetərlilik və kollektiv düşüncə anlayışlarını dağıdır, nəticədə isə insan getdikcə cəmiyyətdən uzaqlaşır.

Seçilən
16
publika.az

1Mənbələr