525.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Valyuta gəlirlərinin çoxalması milli valyuta olan manatın məzənnəsinə də təsir edir. Neft satışından əldə olunan dollar gəlirlərinin artması manatın daha sabit qalmasına, bəzi hallarda isə möhkəmlənməsinə səbəb ola bilər. Bu vəziyyət idxal məhsullarının qiymətində kəskin artımın qarşısını almağa və inflyasiya təzyiqlərini azaltmağa kömək edir”.
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a deyib. Ekspertin sözlərinə görə, uzunmüddətli dövrdə neft qiymətlərinin yüksək olması müəyyən təhlükələr də yarada bilər. Əgər iqtisadiyyat əsasən neft gəlirlərinə bağlı qalarsa, qeyri-neft sektorlarının inkişaf tempi zəifləyə bilər. Bu isə iqtisadiyyatda resurs asılılığını artırır və gələcəkdə neft qiymətləri azaldıqda iqtisadi sabitliyə mənfi təsir göstərə bilər:
“Bu səbəbdən uzunmüddətli dövrdə əsas hədəf neft gəlirlərindən düzgün və səmərəli istifadə etmək, qeyri-neft sektorunu gücləndirmək və iqtisadiyyatı daha şaxəli formaya gətirməkdir”.
Sevinc Qarayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.