AZ

Özgür Özelin bu görüntüsü saxta çıxdı VİDEO

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının 38-ci Qurultayı ilə bağlı "mütləq etibarsız" qərarı ətrafında yaranan böhran daha da dərinləşir. 

Partiyanın Baş Qərargahında yaşanan gərginliklə bağlı yayılan yeni görüntülər siyasi gündəmdə geniş müzakirələrə səbəb olub.

İlk olaraq sosial şəbəkələrdə yayılan kadrlarda partiya sədri Özgür Özələ təqdim edilən rəsmi bildirişi guya oxumadan cırdığı nümayiş olunmuşdu. Həmin görüntülər bəzi dairələr tərəfindən etiraz addımı kimi qiymətləndirilsə də, sonradan ortaya çıxan yeni foto fərqli iddiaları gündəmə gətirib.

Yayılan yeni görüntüdə Özgür Özel və partiyanın millət vəkili Əli Mahir Başarırın həmin sənədi diqqətlə araşdırdığı əks olunub. Bu isə əvvəlki görüntülərin əvvəlcədən hazırlanmış bir səhnə ola biləcəyi ilə bağlı müzakirələrə səbəb olub.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
azpolitika.info

1Mənbələr