AZ

Nəsli kəsilmiş quş növləri belə bərpa olunacaq - Elm sahəsində şok hadisə

Biotexnologiya sahəsində çalışan alimlər tamamilə süni yumurta sistemi daxilində canlı cücə çıxarmağı bacarıblar.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu inkişaf nəsli tükənmiş quş növlərinin yenidən bərpası istiqamətində aparılan tədqiqatlarda mühüm addım kimi qiymətləndirilir. Lakin mütəxəssislər bunun əsl “Jurassic Park”dan daha mürəkkəb və mübahisəli bir prosesin yalnız başlanğıcı olduğunu bildirirlər.


Elmi dünyada diqqət çəkən bu yeni nailiyyət nəsli tükənmiş növlərin geri qaytarılması ilə bağlı araşdırmaları yenidən gündəmə gətirib. "Colossal Biosciences" adlı şirkət tamamilə süni yumurta sistemi daxilində canlı cücə çıxarmağı uğurla həyata keçirdiyini açıqlayıb.


Sistem təbii yumurtanın funksiyasını mümkün qədər dəqiq şəkildə təqlid edəcək formada hazırlanıb. Tədqiqatçılar erkən mərhələdə olan quş embrionlarını təbii yumurtadan çıxararaq süni qabıq sisteminə yerləşdiriblər. Təxminən 18 gün davam edən inkubasiya dövründən sonra cücələr bu süni mühitdən çıxıb.

Seçilən
18
manset.az

1Mənbələr