AZ

Rusiyada dəhçətli QƏTL: Oğul atasını öldürdü, meşəyə ATDI

Ajans.az SHOT Telegram kanalına istinadən xəbər verir ki, 43 yaşlı Aleksey cümə günü 18 yaşlı oğlu Artyomu kollecdən götürmək üçün Speşnevo-İvanovskoye kəndindən Lipetsk şəhərinə yollanıb. Ata və oğul mavi rəngli “Daewoo Matiz” markalı avtomobillə hərəkət ediblər. Lakin onlar evə qayıtmayıblar. Ata və oğul sonuncu dəfə evlərindən təxminən 40 kilometr məsafədə yerləşən Lebedyan şəhərində müşahidə kameralarına düşüblər. Bundan təxminən bir saat sonra onların telefonları əlçatmaz olub. Axtarış zamanı avtomobil meşəlik ərazidə tapılıb. Alekseyin meyiti maşının yaxınlığında aşkarlanıb. İlkin məlumata görə, kişinin üzərində zorakılıq izləri müəyyən edilib. 18 yaşlı Artyomun taleyi isə hələ də naməlum olaraq qalır. Hüquq-mühafizə orqanları onun axtarışlarını davam etdirir və hadisədə mümkün iştirakını da araşdırır.

Qohumlarının sözlərinə görə, ata və oğul arasında münasibətlər yaxşı olub və onlar tez-tez eyni marşrutla hərəkət ediblər. Yoxa çıxdıqları gün aralarında hər hansı mübahisənin olmadığı bildirilir.

Seçilən
13
Ajans.az

1Mənbələr