AZ

Nəticədə vətəndaş gəlir və xərclərini daha düzgün planlaşdıra bilir Rəy

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Bir çox hallarda müddət uzandıqda aylıq ödəniş məbləği azalır, lakin ümumi kredit məbləği artır. Həmçinin fərqli bank və ya kart borclarının bir kreditdə birləşdirilməsi məqsədilə də belə kreditlərdən istifadə etmək mümkündür. Bu da müəyyən hallarda müsbət nəticələr verə bilər. Əlbəttə ki, faiz və ödəniş şərtləri daha rahat olarsa, bu, müştəri üçün daha uyğun seçim hesab edilə bilər. Bu həm də kredit tarixçəsinin müsbət formalaşmasına və vahid ödəniş tarixçəsinin yaranmasına kömək edə bilər. Nəticədə vətəndaş gəlir və xərclərini daha düzgün planlaşdıra bilir. Müsbət tərəflərlə yanaşı, mənfi tərəfləri də nəzərə almaq lazımdır».

İqtisadçı ekspert Asif İbrahimov bunu 525.az-a söyləyib. Onun dediyi görə,  bir çox hallarda vətəndaş yalnız aylıq ödənişə diqqət yetirir, halbuki əsas məsələ ümumi geri ödəniləcək məbləğdir. Aylıq ödəniş azalsa da, kredit müddəti 2 ildən 7–8 ilə qədər uzana bilər. Nəticədə vətəndaş daha çox faiz ödəyir və maliyyə baxımından daha çox itki ilə qarşılaşır:

“Bundan əlavə, komissiya və gizli xərclər də yarana bilər. Yeni kredit zamanı sığorta haqları, xidmət haqları, komissiyalar, notariat xərcləri və kart xərcləri əlavə oluna bilər. Bəzən aşağı faiz təklifi təqdim olunsa da, əlavə xərclər son nəticədə həmin üstünlüyü aradan qaldırır. Əgər əsas problem gəlirin azalmasıdırsa, yeni kredit köhnə problemi sadəcə ertələyir, həll etmir. Borc yükü davam edir, əlavə faizlər yaranır və gələcəkdə daha ağır maliyyə problemləri meydana çıxa bilər”.

Sevinc Qarayeva

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
525.az

1Mənbələr