ain.az, 525.az portalına istinadən məlumat verir.
"Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq qərarına gələrsə, İrəvanın istifadə etdiyi güzəştli qaz qiyməti bazar əsasında formalaşmağa başlaya bilər".
525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
O qeyd edib ki, Rusiya bütün ölkələr, xüsusən də ən yaxın müttəfiqləri və tərəfdaşları üçün etibarlı və məsuliyyətli enerji təchizatçısı olaraq qalır. Bununla belə, güzəştli qiymətlər bütün iştirakçılar üçün əlçatan deyil:
"Onların qiymətlər tamamilə fərqlidir - bazar əsaslıdır. İrəvandakı dostlarımız bunu çox yaxşı bilirlər və biz dialoqumuzu davam etdiririk".
Kremlin sözçüsü söyləyib ki, Baş nazir Nikol Paşinyanın Ermənistanın Rusiya əleyhinə ritorika ilə məşğul olmayacağı barədə açıqlamalarını eşitdik, lakin iqtisadi inteqrasiya yolunun seçilməsini məsələsi açıq qalır.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.