AZ

Saqqızdan düzgün istifadə vacibdir -Həkimdən XƏBƏRDARLIQ

Qastroenteroloq Yevgeni Belousov uzun müddət saqqız çeynəməyin mədə-bağırsaq sisteminə zərər verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda life.ru-ya danışıb.

Həkim bildirib ki, xüsusilə acqarına saqqız çeynəmək mədə şirəsinin ifrazını artırır və bu da bəzi insanlarda narahatlıq yarada bilər.

Onun sözlərinə görə, sağlam insanlarda bu hal ciddi problem yaratmasa da, qastrit və ya reflüks (GERD) kimi mədə xəstəlikləri olan şəxslərdə ağrı, ürəkbulanma və turşuluğun artmasına səbəb ola bilər.

Belousov qeyd edib ki, saqqızı çox uzun müddət çeynəmək həm də çənə oynaqlarına yük yaradır, hava udulmasını artırır və nəticədə köp, gəyirmə kimi problemlərə yol aça bilər.

Mütəxəssis gündə 2-3 dəfə, yeməkdən sonra 10-20 dəqiqə şəkərsiz saqqız çeynəməyin təhlükəsiz sayıldığını bildirib.

Aytəkin TOFİQQIZI

Seçilən
32
1
redaktor.az

2Mənbələr