Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Paytaxtın Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qayda pozan sürücü qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında baş verib. Belə ki, 01-TT-011 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin sürücüsü nişanlanma xəttinin tələbinə əməl etməyib. Kadrlardan göründüyü kimi, yalnız düzünə hərəkət üçün nəzərdə tutulmuş zolaqda yerləşən sürücü yolayrıcına yaxınlaşarkən sağa dönmək üçün qəfil sağa manevr edib. Bu zaman o, həmin zolaqda hərəkət edən motosikletin yolunu kəsib və qəza riskinə səbəb olub.
Qeyd edək ki, yolayrıclarında zolaq seçimi və manevr qərarı yalnız nişanların tələbinə uyğun verilməli, ani dəyişikliklər isə digər hərəkət iştirakçıları üçün gözlənilməz risklər yaratmamalıdır.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.