10 illik fəaliyyətdən sonra “Mançester Siti”nin baş məşqçi postunu tərk edəcək Pep Qvardiola komandadakı xələfinə müraciət edib.
Publika.az xəbər verir ki, o, gələcək məşqçiyə əsas məsləhətinin özünə sadiq qalmaq olduğunu vurğulayıb:
“Klub mənə varisimin kim olacağını deyəndə, ona zəng edəcəyəm və özü kimi olmağı tövsiyə edəcəyəm. Klub ona tam dəstək verəcək və bu, ən böyük üstünlükdür. Burada çalışan bütün məşqçilər Çiki, indi isə Uqo, Ferran və xüsusilə Xaldunla işləmək baxımından şanslı olublar. Çətin anlarda səni qoruyacaq əsas şey özün olmaqdır. İdeyalarında sərbəst ol, çox çalış.
Biz bura gələndə komandanı yenidən qururduq və mənim şüarım həmişə belə olub ki, bu oyunu qazan. Premyer Liqa, Liqa Kuboku – fərqi yoxdur, qələbə üçün çalış, sonra növbəti addımı at. Buradakı insanları tanıyıram və demək olar ki, əminəm ki, hər şey yaxşı olacaq”.