Toral Bayramov “Qarabağ”dan getdi - Türkiyə klubuna keçdi
Azərbaycan yığmasının müdafiəçisi Toral Bayramov “Qarabağ”dan ayrılıb. “BUTA.TV” xəbər verir ki, bu barədə klubun rəsmi səhifələri məlumat yayıb. O, Türkiyənin “Bursaspor” klubuna keçib. Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.