AZ

Gürcüstan ABŞ ilə münasibətlərini yenidən qurur

BAKI, 25 may. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin nümayəndələri ilə Tbilisidə keçirilən görüşdə iki ölkə arasında münasibətlərin yenidən qurulmasını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Gürcüstan və ABŞ arasında münasibətlərin yenidən qurulmasının və konkret yol xəritəsinə əsaslanan strateji tərəfdaşlığın vacibliyi müzakirə olunub.

İrakli Kobaxidze Tbilisinin qarşılıqlı hörmət prinsipi əsasında münasibətləri yeniləməyə hazır olduğunu bir daha təsdiqləyərək, ABŞ Dövlət Departamentinin Gürcüstana olan marağını alqışlayıb.

Baş nazir həmçinin Gürcüstanın regionda sülh və sabitliyə töhfə verməyə hazır olduğunu və ölkənin etibarlı tərəfdaş kimi regional rolunu vurğulayıb.

Görüşdə Amerika tərəfini Dövlət Departamentinin nümayəndələri Çarlz Yoki və Piter Andreoli, eləcə də ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsini icra edən Alan Persel təmsil edib.

Xatırladaq ki, Gürcüstanda “Xarici agentlər qanunu”nun qəbul edilməsindən sonra 2024-cü ildə Tbilisinin Vaşinqtonla münasibətləri xeyli pisləşib. Gürcüstan Baş nazirinin 2025-ci il noyabrın 28-də Avropa İttifaqına üzvlük danışıqlarının dondurulması barədə açıqlamasından sonra Dövlət Departamenti Tbilisi ilə strateji tərəfdaşlığını dayandırıb. Gürcüstan hakimiyyəti dəfələrlə Vaşinqtonla münasibətləri yenidən qurmaq istəyini bəyan edib.

Seçilən
15
teleqraf.com

1Mənbələr