AZ

44 yaşlı paraşütçünü göydə təyyarə vurdu FOTOLENT

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avstriyada paraşütçü təyyarə ilə toqquşub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Avstriyanın Şmittenhoye dağı ərazisində baş verib.

44 yaşlı Sabrina dağın üzərində paraşüt uçuşu etdiyi zaman kiçik təyyarə onun paraşütünə çırpılıb.Təyyarə paraşütün tam ortasından keçərək onu ciddi şəkildə zədələyib. Paraşütün qırılması nəticəsində qadın yüksək hündürlükdə nəzarətsiz şəkildə fırlanaraq sürətlə aşağı düşməyə başlayıb.

Məlumata görə, Sabrina sərt eniş etməsinə baxmayaraq ciddi xəsarət almayıb. O, yalnız göyərmələr və yüngül zədələrlə hadisədən sağ çıxıb. Daha sonra polis helikopteri vasitəsilə ərazidən çıxarılaraq Zell am See Hava Limanı ərazisinə aparılıb. 

Sabrina hadisədən sonra sosial şəbəkədə paylaşım edərək yaşadıqlarını belə təsvir edib: “Hazırda burada oturub bunları yazdığıma hələ də inana bilmirəm. Bir neçə göyərmə istisna olmaqla mənə heç nə olmayıb”.

Təyyarəni idarə edən 28 yaşlı pilot isə paraşütçünü gördükdən sonra toqquşmadan yayınmağın mümkün olmadığını söyləyib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
lent.az

1Mənbələr