AZ

Şura İTV ə baş direktor seçkisi ilə bağlı məlumat yaydı

Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun seçilməsi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilib.

Bu barədə "Yeni Sabah"-a Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, baş direktor vəzifəsinə namizədlərin sənəd qəbulu prosesi cari ilin 27 aprel tarixindən 8 may tarixinədək Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həyata keçirilib. Daha sonra həmin sənədlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunub. Pepperoni pizza

İlk olaraq iclasın katibi və səslərin sayılması üçün komissiya seçilmiş, prosedur qaydaları ilə bağlı məlumat verilib. İclasın əvvəlində bir namizədin (Əliyeva İlahə Xudu qızı) öz namizədliyini geri götürməsi haqqında ərizəsi qəbul olunmuş və onun adı namizədlər siyahısından çıxarılıb.

Bundan sonra namizədlər iclasa dəvət olunub, onların hamısı baş direktor vəzifəsinə seçiləcəkləri təqdirdə ictimai yayımçının fəaliyyətində nə dəyişiklik və yeniliklər tətbiq edəcəkləri ilə bağlı konsepsiyaları və proqramları barədə ümumi məlumat veriblər. Həmçinin, namizədlər Yayım Şurasının üzvlərinin suallarını cavablandırıblar.

Bütün namizədlərin çıxışından sonra səsvermə keçirilmişdir. Birbaşa və gizli səsvermənin nəticələrinə görə Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.

İclasda Azərbaycan Resphblikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin, habelə İctimai Televiziya və Radio Yayımları Şirkətinin məsul şəxsləri müşahidəçi kimi iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
8
yenisabah.az

10Mənbələr