AZ

Qripdən sonra faciə: 14 yaşlı qız bir anda iflic oldu

Böyük Britaniyada məktəbli qız keçirdiyi qripdən sonra boynundan aşağı iflic olub.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilir ki, 14 yaşlı Leksi Braun 2025-ci ilin dekabrında qripə yoluxub. Yeniyetmədə yüksək hərarət və güclü başgicəllənmə müşahidə olunub. Bir neçə gün sonra isə qız anasına dözülməz ağrılar içində zəng edib. Ana evə qayıdanda təcili yardım əməkdaşları artıq Leksinin həyatını xilas etməyə çalışırmış.

Məktəbli təcili xəstəxanaya çatdırılıb və süni komaya salınıb. Beş gün sonra həkimlər ailəyə onun onurğa insultu keçirdiyini bildiriblər. Həkimlərin ehtimalına görə, buna səbəb məhz keçirdiyi qrip olub.

Komadan ayıldıqdan sonra Leksi nə yeriyə, nə danışa, nə də müstəqil nəfəs ala bilib. Hazırda o, hələ də xəstəxanada müalicə alır və gecələr süni tənəffüs aparatından istifadə edir.

Seçilən
13
publika.az

1Mənbələr