AZ

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

Bakı, 25 may, AZƏRTAC

2026-cı ilin yanvar-aprel aylarında ölkədən 7 484,42 ton pambıq iplik ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən pambıq ipliyin dəyəri 2,3 dəfə artaraq 16 milyon 422,12 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 2 milyon 923,19 min dollar dəyərində yəni, 7 113,39 ton pambıq iplik ixrac edilib.

 

Seçilən
25
2
azertag.az

3Mənbələr