Londonun "Tottenhem" klubu yay transfer pəncərəsində böyük klubların diqqət mərkəzində olan kapitanı Kristian Romero ilə yolları ayırmağa müsbət yanaşır.
Fanat.Az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, argentinalı dünya çempionunu İspaniyaya gətirmək üçün "Atletiko Madrid" ciddi şəkildə təzyiqi artırıb.
Digər tərəfdən, Romeronu "Real Madrid"də görmək istəyən portuqaliyalı mütəxəssis Joze Mourinyu da bu transfer üçün London təmsilçisi ilə mübarizə aparır.
Təcrübəli müdafiəçinin öz vətəndaşının rəhbərliyi altında oynamağa daha isti yanaşması bu gərgin transfer yarışında Simeonenin şansını xeyli artırır.