AZ

Gürcüstanın Azərbaycan ilə sərhəd zonasında yeni milli park yaradılacaq

Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsi Azərbaycan ilə həmsərhəd zonada “Tsiv-Qombori Milli Parkının yaradılması haqqında” qanun layihəsini dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, komitənin iclasında ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Zurab Ezuqbaia "Tsiv-Qombori Qorunan Təbiət Ərazilərinin Yaradılması və İdarəedilməsi haqqında" qanun layihəsini, eləcə də ona əlavə olunmuş "Gürcüstan İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsini ilk dinləmədə təqdim edib.

Qanun layihəsinə əsasən, Saqareco, Qurcaani və Telavi bələdiyyələrinin inzibati sərhədləri daxilində 21,761 hektar ərazidə Tsiv-Qombori Milli Parkı yaradılacaq.

Bildirilib ki, layihədə, həmçinin Siqnaxi Təbiət Qoruğunun və Tsiv-Qombori Qoruq Landşaftının yaradılması da nəzərdə tutulur.

Qeyd olunub ki, Tsiv-Qombori Milli Parkının yaradılması regionda ekoturizmin inkişafına və biomüxtəlifliyin qorunmasına töhfə verəcək.

Seçilən
3
1
azerbaijan-news.az

2Mənbələr