AZ

ADPU-da Veteranlar Təşkilatının nümayəndələri ilə görüşKEÇİRİLDİ

Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş keçirilib.

Redaktor.az xəbər verir ki, görüşdə Azərbaycan təhsilinin inkişafı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və veteranlarla gənclər arasında əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər təhsil müəssisələri ilə veteran təşkilatları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu istiqamətdə həyata keçirilən birgə layihələrin gənclərin vətəndaş mövqeyinin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.
 

Tədbir çərçivəsində ADPU rektoru professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova Azərbaycan Respublikasının ictimai həyatında və təhsil sahəsindəki səmərəli fəaliyyəti, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Həmçinin, universitetin yüksək akademik göstəricilərə malik tələbələri – Filologiya fakültəsinin Filologiya fakültəsinin IV kurs tələbələsi Məhəmməd Rəhimov, III kurs tələbələri Selinay Şirinova və Nuray Cəfərzadə Təşkilatın fəxri fərmanı ilə təltif ediliblər.

Seçilən
15
2
redaktor.az

3Mənbələr