AZ

Naxçıvanda qəbiristanlıqda mübahisə faciə ilə bitdi

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Naxçıvan şəhərində qəbirstanlıqda 34 yaşlı kişi həmyerlisinə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 7-də şəhərin C.Məmmədquluzadə küçəsində yerləşən Naxçıvan şəhər qəbirstanlığında baş verib. 1992-ci il təvəllüdlü Əmrah həmin gün saat 10 radələrində Naxçıvan şəhər qəbirstanlığında Fərid (adlar şərtidir – red.) adlı şəxslə mübahisə edib. Baş vermiş mübahisə zamanı orada olan güllərin qoyulduğu dəmir disk formasında olan aləti götürərək Fəridin başından və sinəsindən vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı Əmrahın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, barəsində amnistiya aktına əsasən barəsində olan cinayət təqibinə və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib. Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
demokrat.az

1Mənbələr