Bu il mayın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 566,483 milyon manata çatıb. Məlumatı Azərbaycan Mərkəzi Bankı verib. Bildirilib ki, bu göstərici əvvəlki ayla müqayisədə 37,9 milyon manat və ya 7,2 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 75,3 milyon manat və ya 15,3 faiz artıb. Hesabat dövründə region üzrə kreditlərin orta faiz dərəcəsi 19,85 faiz təşkil edib.
Qarabağ iqtisadi rayonuna yönəldilən kreditlərin 566,142 milyon manatı milli valyutada, 341 min manatı isə sərbəst dönərli valyutada yerləşdirilib. Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi də artım nümayiş etdirib. Belə ki, mayın 1-nə region üzrə kredit portfeli əvvəlki ayla müqayisədə 8,5 milyon manat və ya 34,7 faiz, illik müqayisədə isə 22,1 milyon manat və ya 3 dəfə artaraq 32,983 milyon manata yüksəlib.
Bu dövrdə Şərqi Zəngəzur üzrə kreditlərin orta faiz dərəcəsi 13,40 faiz olub. Regiona yönəldilən kreditlərin 24,296 milyon manatı milli valyutada, 8,687 milyon manatı isə sərbəst dönərli valyutada yerləşdirilib. Beləliklə, ötən 4 ayda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə ümumi kredit qoyuluşlarının həcmi 599,5 milyon manata çatıb.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”