AZ

Almaniyada beton əvəzinə plastik və torpaqdan avtomobil körpüləri tikməyə başladılar

Alman mühəndisləri avtomobil körpülərinin tikintisində ənənəvi beton əvəzinə plastik və sıxlaşdırılmış torpaq qatlarından istifadə etməyə başlayıblar.

Hit.az xəbər verir ki, bu qeyri-adi texnologiya barədə piataauto.md məlumat yayıb.

Kiçik və nisbətən alçaq körpülərdə ən böyük yük daşıyan hissə adətən suötürücü konstruksiyadır. Bu element körpünün yol ilə birləşən hissəsini saxlayan əsas dayaqlardan biri hesab olunur və indiyədək çox vaxt dəmir-betondan hazırlanırdı.

Lakin zamanla körpülər köhnəlir və təhlükəli hesab edilir. Bunun əsas səbəbi dayaq hissələrində yaranan mikroçatların betonun strukturunu zəiflətməsidir.

Problemin qarşısını almaq üçün hələ 1960-cı illərdə fransız mühəndislər sıxlaşdırılmış torpaqdan istifadəni sınaqdan keçiriblər. Onlar torpağı xüsusi möhkəm şəbəkə daxilində yerləşdirərək onun yayılmasının qarşısını almağın mümkün olduğunu müəyyən ediblər.

Hazırda alman mühəndislər də eyni prinsipi tətbiq edirlər: böyük həcmdə sıxlaşdırılmış torpaq plastik torlarla gücləndirilir. Burada plastikin əsas funksiyası yük daşımaq deyil, torpağın yanlara doğru genişlənməsinin qarşısını almaqdır.

Beləliklə, plastik şəbəkə ilə möhkəmləndirilmiş və möhkəmləndirilməmiş torpaq qatları növbəli şəkildə yerləşdirilir. Nəticədə beton istifadə edilmədən körpünün dayağı formalaşır.

Bu metod daha ucuz və ekoloji cəhətdən daha faydalı sayılır, çünki böyük miqdarda beton istifadəsi azalır. Mühəndislərin sözlərinə görə, davamlılıq baxımından bu texnologiya ənənəvi üsullardan geri qalmır və bunu onilliklər əvvəl fransız təcrübələri də təsdiqləyib.

Əvvəllər bu yanaşmaya skeptik yanaşılsa da, Almaniyada A3 avtobanında 5 körpüdə tətbiq edilib. Nəticələr isə müsbət olub: hər bir körpünün yenilənməsi cəmi 3 ay çəkib və tikinti zamanı avtomobil yolunun yalnız iki həftəsonu bağlanması kifayət edib.

Samir
 

Seçilən
18
hit.az

1Mənbələr