AZ

Vernidubdan xoş xəbər aldı - O da yeni mövsümün planlarına daxildir

"Neftçi"də daha bir oyunçunun gələcək taleyinə aydınlıq gəlib.

Söhbət müdafiəçi Murad Xaçayevdən gedir.

Klubdan ayrılacağı gözlənilən arxa xətt oyunçusu Yuri Vernidubun gələcək planlarına daxildir.

Ukraynalı mütəxəssis şəxsən özü bu barədə 28 yaşlı futbolçuya məlumat verib.

Xaçayevin "ağ qaralar"la müqaviləsi növbəti mövsümün sonuna qədərdir.

O, ötən ildən "Neftçi"nin şərəfini qoruyur.

Millimizin üzvü bu mövsüm 17 görüşdə forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
15
sportinfo.az

1Mənbələr