AZ

Braziliya millisinin üzvü Səudiyyə Ərəbistanı klubundan ayrılacaq

"Əl-İttihad" mövsümün sonunda müqaviləsi başa çatan Fabinyo ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi braziliyalı futbolçu ilə yollarını ayıracaq. Bu barədə "Arriyadiyah" məlumat yayıb.

Fabinyoya yeni sözləşmə təklif olunmayacaq. Braziliya millisinin üzvü yayda azad agent statusu ilə klubu tərk edəcək.

Qeyd edək ki, "Əl-İttihad" Fabinyonu 2023-cü ilin yayında "Liverpul"dan 46 milyon avroya transfer edib. 32 yaşlı dayaq yarımmüdafiəçisi başa çatan mövsümdə komandanın heyətində keçirdiyi 44 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.

saytlarin hazirlanmasi

Seçilən
19
sportal.az

1Mənbələr