AZ

28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul-ziyafəti

28

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Maskat şəhərində Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul-ziyafət təşkil edilib.Ulusum.az-a səfirilikdən bildirildi ki, tədbirdə fəxri qonaq qismində Oman Sultanlığının Ticarət, sənaye və investisiyaların təşviqi naziri cənab Ənvər bin Hilal bin Həmdun Əl-Cəbri, Oman dövlət və hökumət rəsmiləri, Xarici İşlər Nazirliyinin nümayəndələri, diplomatik korpusun üzvləri, Azərbaycan icmasının təmsilçiləri, iş adamları və media nümayəndələri iştirak ediblər.Tədbirin rəsmi hissəsi Azərbaycan və Oman dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən səfir Rəşad İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, müasir Azərbaycanın inkişaf yolundan və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan bəhs edib. Azərbaycan-Oman münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını və tarixi-mədəni irsini əks etdirən videoçarxlar nümayiş olunub, milli musiqi proqramı təqdim edilib. Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri və xatirə hədiyyələri təqdim olunub.

Diqqət Çəkənlər

Böyük Qayıdış: Şükürbəyli kəndinə növbəti köç

Nikol Paşinyan: Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzində

Seçilən
13
6
ulusum.az

7Mənbələr