AZ

Donald Tramp: “İbrahim Razılaşmalarına qoşulmaq minimum şərtdir”

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmadan sonra bir sıra ölkələrə İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim Razılaşmaları”na qoşulmağın minimum şərt olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Tramp mesajında Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniya rəhbərlərinə bu addımı atmağın zəruriliyini vurğulayıb. O bildirib ki, bəzi ölkələrin razılaşmaya qoşulmamaq səbəbləri ola bilər və bu qəbul ediləcək, lakin əksəriyyət İranla razılaşmanı tarixi hadisəyə çevirmək üçün hazır olmalıdır.

Prezident həmçinin qeyd edib ki, “İbrahim Razılaşmaları” iştirakçı ölkələr — Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş, Sudan və Qazaxıstan üçün iqtisadi, maliyyə və sosial yüksəliş yaradıb və üzvlər bu razılaşmadan çıxmağı düşünmürlər.

Seçilən
9
turkic.world

1Mənbələr