"Tottenhem" Premyer Liqada qalmağı rəsmiləşdirdikdən sonra sol cinah müdafiəsini gücləndirmək üçün Endi Robertsonu azad agent kimi heyətinə qatmağa hazırlaşır.
Fanat.Az İngiltərənin "The Times" qəzetinə istinadən xəbər verir ki, Şotlandiya millisinin kapitanının "Liverpul" ilə müqaviləsi bu yay başa çatır və London klubu ilə danışıqlar müsbət məcrada irəliləyir.
Təcrübəli müdafiəçi "Brentford" ilə heç-heçə bitən son matçda komanda yoldaşları tərəfindən fəxri qarovulla yola salınaraq "Enfild" karyerasına emosional şəkildə son qoyub.
Bu transferin reallaşması ilə "baxış bucağını" tamamilə dəyişən ingilislər müdafiə xəttinə böyük təcrübə və liderlik xüsusiyyətləri qazandırmağı hədəfləyir.